“Paşinyan Sarkisyan və Koçaryanı Bakıya verməyə hazırlaşır”

“Paşinyan Sarkisyan və Koçaryanı Bakıya verməyə hazırlaşır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan torpaqlarının işğalında rolu olan, ən önəmlisi  Xocalıda soyqırım törədən ermənilərin həbs edilərək, Azərbaycana ekstradasiyası məsələsi Bakının tələbləri sırasındadır. Tribunainfo.az bildiri ki, bu tələb Azərbaycanın ali rəhbərliyi tərəfindən dəfələrlə dilə gətirilib.

Bir müddət əvvəl rəsmi Bakı bununla bağlı açıqlama verərək, onların həbs edilməsini və Bakıya verilməsini istəyib. Söhbət Ermənistanın sabiq prezidentləri Serj Sarkisyan və Robert Koçaryandan, habelə separatçıların hərbi mundir geyinmiş terrorçularından gedir.

Qeyd edək ki, XİN rəhbərliyi səviyyəsində səsləndirilən bu fikirlər İrəvanda müzakirələrə səbəb olub. Ermənistanda yayınlanan “Pastinfo” saytı bu barədə yazıb ki, rəsmi İrəvan bununla bağlı Bakının tələblərini yerinə yetirəcək. “Paşinyan yeni güzəştə getdi. Hətta Əliyevin göstərişi ilə keçmiş liderləri həbs etməyə də hazırdır”.