Paşinyan rusların humanitar yardımına qarşı: Moskvanın məkrli planı

Paşinyan rusların humanitar yardımına qarşı: Moskvanın məkrli planı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Rusiyanın Rossotrudniçestvo təşkilatı 31 iyuldan etibarən Qarabağdan könüllü köçmüş ermənilərə humanitar yardım paylamağa start verib. Tribunainfo.az xəbər verir ki, bunun üçün 140 ton yükün elə Ermənistandan tədarük edilməsinə başlanılıb.

“Jamanak” qəzetinin yazdığına görə, 30 min Qarabağdan köçən ermənini əhatə edəck bu kampaniya Ermənistan hökumətinin də ürəyincə olmayıb. Nəşr yazır ki, baş nazir Nikol Paşinyan yaxın çevrəsində bu kampaniyanın pislənməsi üçün göstəriş verib. “Lakin Ermənistanın baş naziri adamları vasitəsi ilə buna qarşı çıxmağa başlayıblar. Onlar rusların yardımına gərək olmadığını deyirlər. O düşünür ki, ruslar yenidən Qarabağ ermənilərinin etimadını qazanıb, onların əli ilə təxribat törətməyi hədəfləyir”.

“Jamanak” həmçinin bunu Paşinyanın Bakının diqtəsi ilə hərəkət etdiyini iddia edib. “Paşinyan Bakıdakı himayədarlarının daha bir tapşırığını yerinə yetirir”.

Rəsmi Bakı haqlı olaraq Rusiyanın bu hərəkətinə qarşıdır. Çünki Qarabağdan ermənilər könüllü köçüblər və onların qaçqın olmaları mümkün deyil. Qaçqın o halda olar ki, kütləvi köç zorla həyata keçirilsin. Məsələn, 1988-ci ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın kütləvi köçü, habelə Qarabağda erməni işğalı səbəbindən 1 milyona yaxın insanımızın yurdlarından didərgin düşməsi kimi. Ermənilər üçün bu haı baş verməyib.

Rusların məqsədi aydındır. Onlar nəyin bahasına olursa olsun, Qarabağ məsələsini “diri tutmaqla” yanaşı, həm də gələcəkdə bundan Azərbaycana qarşı istifadə etməyi də hədəfləyirlər. Belə ki, onlar Qarabağdan könüllü köşmüş erməniləri “qaçqın” kimi sırıyıb, onların “geri dönüş hüquqularını” qaldırmaq barədə mərkli planlar qurur. Lakin rusları bu planı Azərbaycana keçməz.

Fərda Uğur