“Zəngəzur dəhlizinin təhlükəsizliyinə özəl şirkət cəlb oluna bilər. Bunu Nikol Paşinyan da son açıqlamasında bəyan edib”. Tribunainfo.az xəbər verir ki, bu açıqlama politoloq Armen Badalyana məxsusdur.
Badalyanın fikrincə, Paşinyanın bu yanaşması Rusiyanı heç bir şəkildə dəhlizə yaxın buraxmamaqdır. “O, hələlik Qərbin sifarişlərini icra edir. Lakin sa sabah Rusiya qalib gəlsə, Paşinyan Putinin ayağına gedib, ondan aman diləyəcək”.
Erməni politoloqun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması üçün Paşinyan Sülh Müqaviləsi imzalaya bilməz. “Çünki Qərb bunu tələb edir və o, Rusiyaya münasibətdə daim uzadır. Dəhliz Qərbin nəzarətində olmalıdır ki, Qərb, Türkiyə, Naxçıvan, dəhliz, Azərbaycan, Xəzər dənizi, Orta Asiya, bu xətt Rusiyanın nəzarəti olmadan işləsin”.