Ermənistan 2044-cü ilə qədər Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasını birtərəfli qaydada tərk edə bilməyəcək. Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında 1995-ci ildə Ermənistanda Rusiya hərbçilərinin saxlanmasına dair saziş var.
Tribunainfo.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu məlumat Dövlət Dumasında təsdiqlənib.
Belə ki, müvafiq sənədin 27-ci maddəsində deyilir: “Tərəflərdən biri bu müqaviləni ləğv etmək niyyətini bəyan edərsə, Rusiya hərbi bazasının ləğvi ilə bağlı məsələlər qarışıq komitə tərəfindən həll edilir. Rusiya hərbi bazasının ləğvi tərəflərin razılaşdırdığı müddətdə başa çatdırılmalıdır”.
Xatırladaq ki, dünən ER baş naziri Nikolay Paşinyan “The Wall Street Journal”a müsahibəsində İrəvanın Ermənistan ərazisində Rusiya hərbi bazasının olmasında “üstünlük görmür” desə də, eyni zamanda vurğulamışdı ki, Rusiya və Ermənistan Rusiya ordusunun respublikadan çıxarılması məsələsini müzakirə etmir.