Paşinyan Qarabağa görə Sarkisyanla görüşmək istəyir

Paşinyan Qarabağa görə Sarkisyanla görüşmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın yeni baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sarkisyanla görüşəcəyini bildirib.

Modern.az Ermənisatan KİV-nə istinadən xəbər verir ki, o bu barədə jurnalistələ açıqlamasında deyib.

“Mən Serj Sarkisyanla görüşə bilərəm. Bunu yalnız Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün edərəm”.

Paşinyan ölkədə siyasi məhbus probleminin mövcud olduğunu da etiraf edib. O bu sahədə ciddi müzakirələrin olmasına ehtiyac duyulduğunu deyib.