“Sizin məntiqinizə görə, 2018-ci ilə qədər və ya 2017-ci ilə qədər Qarabağ “müstəqil dövlət” idi. Elə deyilmi? Mən deputat idim həmin vaxtlar. Bu salonda Qarabağın tanınması ilə bağlı müxalifətin bir neçə təşəbbüsü olub. Demişik ki, yox, Qarabağ müstəqil dövlət deyil?”. Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, daha sonra müqayisəsini davam etdirib. “Çox yaxşı. Həmin vaxt kim deyib ki, Qarabağ Azərbaycandır? Yox, Qarabağ Azərbaycan deyil, çünki kim deyibsə “Qarabağ Azərbaycandır”, reaksiyanın necə olacağı aydındır. Qarabağ Ermənistandır? Yox, Qarabağ Ermənistan deyil. Yaxşı, ay camaat, Qarabağ müstəqil deyil, Ermənistan deyil, Azərbaycan deyil, bəs haradır, nədir?”