Ermənistanın başnaziri Nikol Paşinyan Qarabağ danışıqlarına dair indiyə qədər mövcud olan bütün sənədlərin inventarlaşdırılması barədə göstəriş verib. Tribunainfo.az xəbər verir ki, bu barədə “Azadlıq Radisou”nun erməni bürosu məlumat yayıb.
Məlumatda deyilir ki, həmin göstərişə əsasən danışıqlara dair sənədlər milli təhlükəsizlik səviyyəsinə görə təsnifləşdiriləcək. “Yəni, həmin sənədlərin uyğun hissəsinin yayınlanması mümkün olacaq”.