PAŞİNYAN PUTİNİ HÖVSƏLƏDƏN ÇIXARIR – DAHA BİR NATO ÖLKƏSİNİ GƏTİRMƏKLƏ…

PAŞİNYAN PUTİNİ HÖVSƏLƏDƏN ÇIXARIR – DAHA BİR NATO ÖLKƏSİNİ GƏTİRMƏKLƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq. Tribunainfo.az-ın təhlilinə görə, bu, Kremlin İrəvana ilk kiçik sanksiya xəbərdarlığıdır. Moskva bununla Paşinyan hökumətini sıxıb boğmağa başlayıb. Lakin hələlik ağır cəzalar irəlidədir. Rusiya qətiləşdirib ki, Ermənistanı itirmək olmaz və sona qədər təzyiqlər davam etdiriləcək. Müşahidələrə görə, Ermənistana növbəti sanksiyalar idxal məhsulları ilə bağlı ola bilər. Rusiya qaz satışının qiymətini isə bahalaşdırmağa başlasa, o halda Ermənistanda vəziyyət daha da ağırlaşacaq. Amma Putin hakimiyyəti bu cəzanı hələ axırlara saxlayıb. Çünki ona ram edilmiş Paşinyan lazımdır. Əgər Nikol Kreml başçısına qarşı addımlarında geridönüş etməsə, o zaman “qələmi qırıla” bilər. Ermənistan hökumətinin başçısı Avropa Parlamentində antirus çıxışları ilə Moskvanı hövsələdən çıxarmaqla yanaşı, Fransadan yeni silahlar almaq, fransız xüsusi təyinatlılarla birgə təlimlər keçirmək qərarı verilməsi ilə Rusiya-Ermənistan münasibətlərini daha da kor dalana gətirib çıxarmış oldu. Daha bir NATO ölkəsi Fransanın hərbçilərini bölgəyə gətirən KTMT üzvü olan Ermənistana Rusiyanın cavabı sizcə, necə olmalıdır? Daha əvvəl də NATO ölkəsi ABŞ əsgərləri gəlmişdi, getdiklərinə dair da xəbər yoxdur. Ona görə də Moskva-İrəvan xəttində uzunmüddətli gərginlik fazası artan yüksəlişdə olacaq…