Paşinyan: “Piyada gəzməyə başlayacağıq”

Paşinyan: “Piyada gəzməyə başlayacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan 3 aprel tarixli hökumət iclasında gözlənilməz bir təşəbbüslə çıxış edərək ölkədə bütün sürücülərin yenidən attestasiya olunmasını təklif edib.

Tribunainfo.az xəbər verir ki, bu bəyanat Ermənistanda yol-nəqliyyat hadisələrinin və qurbanlarının çoxluğu ilə bağlı müzakirələr fonunda səsləndirilib.

“Çox yaxşı nəticələr əldə edəcəyik, piyada gəzməyə başlayacağıq və sağlam həyat tərzinə keçəcəyik. Razısınız?”, – deyə erməni baş nazir ironiya ilə bildirib və bununla bir çox adamın bu cür attestasiyadan keçə bilməyəcəyinə eyham vurub.

Çıxışı zamanı Paşinyan sensasion açıqlama da verib:

“Ermənistanda sürücülük vəsiqələrinin hamısı saxtadır, hər yerdə! Sükan arxasına əyləşənlərin əksəriyyəti buna hüququ olmayanlardır”.

Musavat.com