“İndiki mərhələdə real saziş imzalanmayacaq. Çox güman ki, biz daha bir rəsmi bəyanatın şahidi olacağıq”.
Tribunainfo.az xəbər verir ki, bunu analitik Arman Hovasapyan iddia edib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti sülh sazişi olmadan da Ermənistandan istədiyini alır. “Əliyev heç bir sənəd imzalamadan bütün strateji məqsədlərini həyata keçirir. Nikol faktiki olaraq ərazi, institusional və suveren yenidənqurma kontekstində Azərbaycanın tələblərini yerinə yetirən bir tabeçiyə çevrilib”.
Fərda Uğur