Paşinyan: “Otağımdan kompüterimi, saatımı, ətrimi oğurlayıblar”

Paşinyan: “Otağımdan kompüterimi, saatımı, ətrimi oğurlayıblar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə basqınından sonra Ermənistan Baş nazirinin iqamətgahından kompüter, saat və digər əşyalar oğurlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan Facebook-da məlumat verib.

“Kompüter, saat, ətir, sürücülük vəsiqəsi və digər əşyalarımı oğurlayıblar. Bütün bunlar, əlbəttə ki, “vətən naminə” edilib”, – Paşinyan yazıb.

Xatırladaq ki, dünən axşam Qarabağda müharibənin bitdiyini elan etməsi ilə əlaqədar İrəvanda etiraz aksiyaları keçirilib. 10 noyabr gecəsi Ermənistan, Azərbaycan və Rusiya Dağlıq Qarabağdakı müharibənin bitdiyini və sülh müqaviləsi imzalandığını elan ediblər.

Qarabağda barışıq elan edildikdən sonra İrəvanda iğtişaşlar başlayıb. Kütlə hökumət binasına soxularaq iclas otağını dağıdıb və bundan sonra Paşinyanın iqamətgahına yollanıblar. Etiraz aksiyaları zamanı gözü dönmüş kütlə Ermənistan parlamentinin sədri Ararat Mirzoyanı vəhşicəsinə döyüb.