Paşinyan Okamponu adam yerinə qoymadı: O əbləh kimdir ki…backend

Paşinyan Okamponu adam yerinə qoymadı: O əbləh kimdir ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Öz xalqını qana çağıran emənilərin katolikosu II Qaregin İrəvanda səfərdə olan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, siyasi dələduz Luis Moreno Okampo və Erməni Apostol Kilsəsinin Britaniya-İrlandiya Yeparxiyasının yepiskopu Hovakim Manukyanın rəhbərlik etdiyi “Həqiqət və Ədalət Mərkəzi” təşkilatının üzvləri ilə görüşüb. Tribunainfo.az xatırladır ki, bu barədə erməni kilsəsindən məlumat verilib.
Görüş zamanı Okampo guya Azərbaycan tərəfindən Ermənistanın işğal olunmuş ərazilərinin azad edilməsi, “arsax”da aparılan etnik təmizləmə məsələsinin gündəmə gəlməsi və Azərbaycanda saxlanılan “erməni əsirlərin” azad edilməsi istiqamətində fəaliyyətə başladığını deyib. Bununla yanaşı, Okampo bu prinsiplərin həyata keçirilməsində dünya ermənilərinin birliyinin vacibliyini vurğulayıb.
Tribunainfo.az qeyd edir ki, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo Azərbaycana qarşı düşmənçilik fəaliyyəti ilə tanınan şəxsdir. Hətta ötən ay Okampo ölkəmizə qarşı növbəti təxribatçı çıxış edərək, erməniləri müxtəlif həştəqlər vasitəsilə Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirindən istifadə edərək, “girov”lar məsələsini gündəmə gətirməyə çağırmışdı.


Bu mövzuda Tribunainfo.az-a danışan professor Qabil Hüseynli bildirib ki, Okampo alçaq adamdır. Onun sözlərinə görə, bu müştəbeh və əbləh keçmiş prokuror erməni lobbisinə pullu xidmət göstərir: “Onun siyasi şərəfsizliyi göz qabağındadır. Hər dəfə Azərbaycana iftiralar atır. Onun böhtanları heç vaxt yapışmayacaq. Sadəcə, aldığı rüşvətin əvəzini ödəyir. Okampo vəzifəsindən it kimi qovulmuş və hörməti olmayan biridir. İndi ermənilərin bu dələduza, onun da erməni diasporunun puluna ehtiyacı var deyə belə səfərlər təşkil edilir. Diqqət edin, onunla görüşən II Qaregindir. Paşinyan Okamponu qəbul etmədi. Bu da münasibətin göstəricisidir”.

Roman