Ermənistanın baş naziri Nikol Paşinyan “Birinci kanal”a müsahibəsində separatçıların yeni lideri Samvel Şahramanyanı təbrik etməməsinin səbəbini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, Paşinyan deyib: “Şahramanyanı niyə təbrik etmədim? Çünki “prezident” deyil, o sadəcə Qarabağdakı ermənilərin bir növ rəhbəridir. Onların başçısıdır. Ona görə də burada təbrik etməli bir şey yoxdur. Biz beynəlxalq prinsiplərlə davam etməliyik”.
Bununla da Paşinyan təsdiqləyib ki, “artsax” adlı müstəqil subyekt yoxdur. O, beynəlxalq hüquq deyərkən etiraf edib ki, Qarabağ Azərbaycan ərazisidir və bu torpaqlarda bir prezident var. Erməni baş nazirin mövqeyi ilk baxışdan pozitiv görünür. O bununla yenidən əvvəlki bəyanatını yada salmış olur, yəni Qarabağ Azərbaycandır. Paşinyan Samveli sadəcə ermənilərə bir növ rəhbərlik edən adam adlandırır. Yəni bir icma rəhbəri səviyyəsində dəyərləndirir. Təbii ki, Nikol bu mövqe ilə xeyli irəliləyib. 2 sentyabrda “artsax bayramı” təbrikindən fərqli olaraq, bu dəfə onları nəinki təbrik etmir, cəmi 7 gün sonra keçirilmiş qondarma seçkini də tanımır. Lakin burada başqa səbəb də var. Nikol bu mövqeyi təkcə beynəlxalq hüquqa söykənərək ortaya qoymayıb, o həm də Samvelin Rusiyanın adamı olduğunu bildiyi üçün belə davranıb. Araik Aryuntunyan Paşinyanın kadrı idi, faktiki olaraq Rusiya öz adamını separatçılara rəhbər gətirdi. Ona görə ekspertlər Paşinyanın rəyini belə dəyərləndirirlər.