Paşinyan nələrdən danışdı?

Paşinyan nələrdən danışdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan dünən erməni xalqına müraciət edib.

Tribunainfo.az xəbər verir ki, o, bir çox məsələlərə toxunub.

O bildirib ki, Ermənistan “Qarabağ hərəkatı”nı davam etdirməməlidir. “Mən Qarabağ hərəkatını davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəm. Razı olmasanız, inqilaba çağırıram”.

Paşinyanın sözlərinə görə, ermənilər heç də boş yerə inqilab etməyiblər. “Siz mənim kimi Qarabağ məsələsini həll etmədən sülhün mümkün olmadığını anladığınız üçün inqilab etdiniz. Qarabağ məsələsindən müəyyən qüvvələr Ermənistanın inkişafının qarşısını almaq üçün istifadə ediblər”.

Ermənistanın baş naziri vurğulayıb ki, Ermənilərin Qarabağa qayıtması ilə bağlı fikirlərini real hesab etmir. “Mənim fikrim budur ki, bu strategiya ilə razılaşmayanlar münaqişənin yenidən canlandırılması məntiqinə qapılıblar”.

Paşinyan Zəngəzur dəhlizi barədə də danışıb. “Nəqliyyat yolları necə açılacaq? İlk növbədə Ermənistanla Azərbaycan arasında dövlət sərhədi həmin ərazilərdə demarkasiya olunmalı və demarkasiya edilməlidir. Bu məsələ yaxın vaxtlarda ətraflı ekspertiza predmeti olmalıdır. Bu, bizim üçün yeni narahatlıqlara qapı açmır”.

O qeyd edib ki, razılaşmaya əsasən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistanın ərazisindən keçməklə maneəsiz əlaqə yaradılacaq.

Fərda Uğur