“Paşinyan nazirlərinə üzərində “İlhamla irəli” yazılmış köynək geyinməyi əmr etsə, etiraz etməyəcəklər”

“Paşinyan nazirlərinə üzərində “İlhamla irəli” yazılmış köynək geyinməyi əmr etsə, etiraz etməyəcəklər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan Ermənistanda elə bir vəziyyət yaradıb ki, artıq heç kim etiraz etmir”. Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi Alternativ Layihələr qrupunun üzvü Vahe Hovhannisyandır.

O deyib ki, Paşinyan nazirlərinə istənilən əmri verib, onu icra etdirə bilir. “Əgər sabah Paşinyan nazirlərinə desə ki, bundan sonra üzərində İlham və Mehriban Əliyevlərin şəkli olan köynək geyinsinlər, bunu edəcəklər, etiraz etməyəcəklər. Desə ki, üzərində “İlhamla irəli” sözləri yazılmış köynək geyinin, İrəvan Dövlət Universitetində Ramil Səfərovun adına kafedra açılsın, yenə səsin çıxaran olmayacaq. Hamısı birmənalı olaraq tabe olacaqlar”.