Paşinyan müxalifətə bu qadağanı qoydu

Paşinyan müxalifətə bu qadağanı qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvələ qədər Ermənistan hökuməti parlamentdə təmsil olunan fraksiya üzvlərinə Azərbaycanla aparılan danışıqlar, mövcud sənədlər və razılaşmalarla bağlı ətraflı məlumat verirdi. Tribunainfo.az xəbər verir ki, hətta hökumət iki ölkə arasında yazışmalar və sənədlərlə tanış olmalarına şərait yaradırdı.

Lakin bir qədər əvvəl Ermənistan parlamentində təmsil olunan müxalifətin nümayəndələri öncədən əldə edilmiş razılaşmanı pozaraq, məxfi məlumatları mediaya çıxarıblar. Onlar gizli danışıqların detallarını müxtəlif şəkildə ictimaiyyətə çatdırıblar ki, bu da İrəvan hökumətinin qəzəbinə səbəb olub. Elə ona görə də, müxalifət nümayəndələrinə, nə yazışmalarla tanş olmaq, nə də danışıqların təfsilatı barədə məlumat vermək qadağan edilib və dayandırılıb.

Tribunainfo.az xəbər verir ki, “Hayestan” fraksiyasının deputatları bunun ardından həm Ermənistan hökuməti, həm də XİN-i məhkəməyə veriblər. Onlar hər iki tərəfin qanunu pozduğunu iddia ediblər.