Paşinyan Münhendə kimlərlə görüşdü və nə danışdı – Rusiyanı narahat edən tərəf…

Paşinyan Münhendə kimlərlə görüşdü və nə danışdı – Rusiyanı narahat edən tərəf…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirakını bir sıra görüşlərlə birləşdirib. Onlardan ən mühümü, bəlkə də, ABŞ dövlət katibi Entoni Blinkenlə görüş olub, bundan sonra dövlət katibi “Ermənistanın sabit və ləyaqətli sülhün bərqərar olunmasına sadiqliyini yüksək qiymətləndirdiklərini” bəyan edib və Ermənistanın çox dəyərli tərəfdaş olduğunu vurğulayıb. Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, ABŞ tərəfi Paşinyanla görüşü effektiv adlandırıb.

ER xarici işlər naziri Ararat Mirzoyan da ABŞ dövlət katibi ilə görüşüb və yazıb: “Biz strateji dialoqumuzu daha da yaxınlaşdırmağa sadiqik”.

Nikol Paşinyanın Böyük Britaniyanın məxfi kəşfiyyat xidmətinin rəhbəri Riçard Murla görüşü də diqqətəlayiq olub ki, bu da Rusiya hakimiyyətini xüsusilə narahat edib. Adətən bu görüşlər, müzakirələr təsadüfən baş vermir. Münhendə Paşinyan ATƏT sədri vəzifəsini icra edən Yan Borqla da görüşüb. Cənubi Qafqazdakı vəziyyətə toxunulub, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində “regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün” “erməni tərəfinin prinsipləri”ndən və ATƏT mandatının alətlərindən səmərəli istifadə edilməsindən danışılıb.