PAŞİNYAN MOSKVAYA GETDİ – PUTİNLƏ NƏYİ MÜZAKİRƏ EDƏCƏK?backend

PAŞİNYAN MOSKVAYA GETDİ – PUTİNLƏ NƏYİ MÜZAKİRƏ EDƏCƏK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtında Ermənistanın baş naziri ilə Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar planlaşdırılır.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan bu gün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gedəcək.

Paşinyan mayın 9-da keçiriləcək “Böyük Vətən Müharibəsi”ndə Qələbə ilə bağlı tədbirlərdə iştirak edəcək.
Ermənistan hökumətinin başçısı sonuncu dəfə ötən il dekabrın sonunda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Rusiyaya səfər etmişdi.
Erməni mətbuatı yazır ki, Paşinyan Moskvaya səfərindən sonra, mayın 14-də Brüsselə gedəcək və orada Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.