PAŞİNYAN LAÇINDAKI VƏZİYYƏTLƏ BAĞLI BMT MƏHKƏMƏSİNİN QƏRARINDAN DANIŞIB

PAŞİNYAN LAÇINDAKI VƏZİYYƏTLƏ BAĞLI BMT MƏHKƏMƏSİNİN QƏRARINDAN DANIŞIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyanın fikrincə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarını yerinə yetirmək və Xankəndi Bakı arasında dialoqa başlamaq lazımdır.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Azərbaycan Qarabağda ermənilərin həyatını qeyri-mümkün etmək üçün əlindən gələni edir.

Onun sözlərinə görə, Qarabağda humanitar vəziyyət pisləşməkdə davam edir. Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli qərarına baxmayaraq, Laçın dəhlizinin bağlanması davam edir.

“Məhkəmənin qərarı icra olunmur. Laçın dəhlizi ilə nə vətəndaşlar, nə nəqliyyat vasitələri, nə də yüklər hərəkət edir. Üstəlik, hətta Qırmızı Xaç avtomobillərinin də keçməsi qadağandır”, – Paşinyan bildirib.

“Beynəlxalq Məhkəmənin qərarına əməl edilməməsi beynəlxalq gündəmdə olan məsələdir və bu məsələyə bu məntiqlə yanaşmaq lazımdır. Bu qərara məhəl qoymamaq humanitar böhrana gətirib çıxarıb”, – baş nazir vurğulayıb.

O, həmçinin xatırladıb ki, Qarabağda yaşayan ermənilər xarici elektrik enerjisindən, qazdan məhrumdur və yerli elektrik enerjisi istehsalı tələbatı ödəmir. Qida və tibbi ləvazimatlar kəsilib. Hətta ağır xəstələri də daşımaq imkanı yoxdur.

Qarabağda ermənilərin həyatını qeyri-mümkün etmək üçün hər şey edilir. Bu, uzun illərdir danışdığımız etnik təmizləmə siyasətidir”.

İrəvan vəziyyətdən çıxış yolunu Beynəlxalq Məhkəmənin qərarının icrasında, o cümlədən BMT Təhlükəsizlik Şurasının yardımında görür, çünki Məhkəmənin qərarlarının icrasını təmin etmək səlahiyyəti məhz bu orqandır.