PAŞİNYAN KTMT-Nİ BOYKOT ETDİ, KREMLDƏN TƏCİLİ REAKSİYA

PAŞİNYAN KTMT-Nİ BOYKOT ETDİ, KREMLDƏN TƏCİLİ REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirak etməyəcəyinə təəssüflənir.

Tribunainfo.az TASS agentliyinə istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O deyib ki, əgər bu, həqiqətən də belədirsə, biz təəssüf edirik: “Biz başa düşürük ki, hər bir hökumət başçısının və ya dövlət başçısının öz iş qrafiki var. Amma belə görüşlər fikir mübadiləsi aparmaq üçün çox yaxşı səbəbdir”, – Kreml nümayəndəsi qeyd edib.