PAŞİNYAN KTMT İLƏ BAĞLI XAHİŞ ETDİbackend

PAŞİNYAN KTMT İLƏ BAĞLI XAHİŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından ölkəyə yardımla bağlı sənədi gündəmdən çıxarmağı xahiş edib

Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib.

“Kollektiv Təhlükəsizlik Şurasının tövsiyəsi Ermənistana yardımın verilməsi ilə bağlı qərarın yekunlaşdırılması idi. Ermənistan tərəfi bütün digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, bu sənədə heç bir maraq göstərmədilər və üstəlik, işimizin yekun hissəsində onun ümumiyyətlə gündəmdən çıxarılmasını xahiş etdilər”, – deyə KTMT-nin baş katibi bildirib.

Xatırladaq ki, KTMT-nin 2022-ci ilin noyabrında İrəvanda keçirilən sammitində ER baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsini imzalamaqdan imtina edib.