Paşinyan: “Konstitusiya üzərində işləyirik”

Paşinyan: “Konstitusiya üzərində işləyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni konstitusiyanın qəbulu ilə əlaqədar gündəlik üzrə işlər aparılır”.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında danışarkən söyləyib. O vurğulayıb ki, layihə üzərində işlər 2027-ci ilədək başa çatacaq və referendum keçiriləcək.

“Konstitusiya Məhkəməsi təsdiqləmə prosesində aşkarlayarsa ki, Azərbaycan tərəfi ilə sülh sazişi konstitusiyaya ziddir, onda konstitusiyaya dəyişiklik üçün özüm təşəbbüs irəli sürəcəyəm. Hələlik bu haqda düşünməyə ehtiyac yoxdur”, – Paşinyan deyib.

Paşinyan: “Xalqımı münaqişədən əl çəkməyə çağırıram”

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh bəyannaməsi imzalanıb.