Paşinyan-Kilsə savaşı: Gələn bazar Eçmiəzdində nə olacaq?

Paşinyan-Kilsə savaşı: Gələn bazar Eçmiəzdində nə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda kilsə ilə hökumət arasında gərginlik pik həddə çatıb.

Tribunainfo.az xəbər verir ki, artıq baş nazir Nikol Paşinyan Eçmiəzdin kilsəsinin rəhbərliyini dəyişdirmək üçün ciddi hərəkətə keçib.

O, gələn bazar günü Eçmizədinə gedərək, oradakı əsas mərkəzdə dini ayinə qatılacaq. Bu addım yerli ekspertlər tərəfindən “həlledici addım” kimi səciyyələndirlir. Onlar bildirirlər ki, əgər Paşinyan bu addımı atarsa, erməni katalikosu ya istefa vermək məcburiyyətində qalacaq, ya da qarşıdurma olacaq.

Bu əsnada, erməni kilsəsinin rəhbəri II Qaragenin qardaşı və onun oğlu həbs edilib. Məlum olub ki, Gevorq Nersisyan və oğlu xuliqanlıqda ittiham olunur.

Bundan başqa, baş nazir aparatının rəhbəri Arayik Harutyunyan da açıqlama verib ki, II Qaragenin övladı var və o, dini qaydanı pozub. “O etiraf etsin ki, nikahdan kənar övladı var. Biz bilirik var. O, bununla dini qanunları pozub və istefa verməlidir”.

Fərda Uğur