“Ermənistan hökumətinin Azərbaycanla qurduğu münasibətlər İrəvan üçün fəlakət vəd edir”.
Tribunainfo.az xəbər verir ki, bunu siyasətçi Derenik Malxasyan deyib.
O bildirib ki, Bakı ilə aparılan danışıqlar və faktiki vəziyyət sülh demək deyil. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana olmazın güzəştlər edib və bunun əziyyətini Ermənistan dövləti daha sonra çəkəcək.
Malxasyan daha sonra Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevdən çəkindiyini, onun bütün tapşırıqlarını yerinə yetirdiyini də iddia edib. “Paşinyan günün birində İrəvanda Əliyevin şərəfinə məscid tikə bilər. Bu baş verərsə, təəccüblənməyək”.
Fərda Uğur










