Paşinyan: “İlham Əliyevlə görüşlərdən məmnunam”backend

Paşinyan: “İlham Əliyevlə görüşlərdən məmnunam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kazanda baş verən mühüm şey ondan ibarətdir ki, bizim regional kommunikasiyaların açılmasına dair həll yolu tapa biləcəyik”.

Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, İrəvan yeni təkliflərini artıq yazılı şəkildə Azərbaycana təqdim edib.

Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərdən məmnun olduğunu da vurğulayıb. “Mən Azərbaycan Prezidenti ilə təmaslardan məmnun olduğumu bildirmək istəyirəm. Bir az qəribə səslənə bilər, amma bizim tərəfimizdən bu qədər uzun söhbət olmayıb”.

Ermənistanın baş nazirinin sözlərinə görə, Bakı və irəvana təkcə sülh müqaviləsi və ya digər sazişlər deyil, həm də dinc yanaşı yaşamaq üçün strateji sövdələşmə lazımdır.

Paşinyan konstitusiya məsələsinə də toxunub. O, ənənəsinə sadiq qalaraq, özlərini deyil, Azərbaycanı günahlandırmaqdan çəkinməyib. “Ermənistan konstitusiyasında Qarabağla bağlı heç bir müddəa yoxdur. Bizdə deyil, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var. Biz Azərbaycan Konstitusiyasına dəyişiklik edilməsi məsələsini qaldırmırıq. Eyni məntiqlə hesab edirik ki, bu kontekstdə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsinə ehtiyac yoxdur”.