“Yaxın gələcəkdə əsaslı dəyişikliklər baş verəcək. Xüsusən indi biz məmnunluqla qeyd etməliyik ki, Ermənistan blokadadan addım-addım çıxır”.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, hökumətin iclasında çıxışı zamanı Azərbaycan Prezidentinə növbəti dəfə təşəkkür edib və onun addımını alqışlayıb. “İki gündür müzakirə olunur ki, Azərbaycan Ermənistana ixrac məhdudiyyətlərini aradan qaldırdığını elan edib. Tbilisidə keçirilən İpək Yolu konfransı zamanı mən Azərbaycan Prezidentinin bu qərarını təqdir etdiyimi bildirdim və bu qərarı alqışladım. Mən burada da eyni şeyi etmək istəyirəm. Çünki bu, çox mühüm qərardır və bu, Vaşinqton bəyannaməsi və əldə olunan razılaşmaların sadəcə bəyannamə olmadığını, konkret nəticələr verdiyini göstərir”.
Fərda Uğur