Ermənistanda hökumətlə kilsə arasında mübahisələr artıq yeni mərhələyə keçib.
Tribunainfo.az xəbər verir ki, baş nazir Nikol Paşinyanın II Qareginə ünvanladığı ittihamlara dünən yenisi əlavə olunub.
Belə ki, o, erməni kilsəsinin başında dayanan şəxsin dövlət çevrilişində ittiham olunan keşiş Baqrat və arxiyepiskop Gevorq Ajapahyanı dəstəkləməsini birmənalı qarşılamadığını deyib. Paşinyan bildirib ki, bu dəstək II Qaraginin də Ermənistanda dövlət çevrilişi içində ola biləcəyi gümanlarını artırır.
Fərda Uğur