Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 23-də hökumətin iclasında çıxışı zamanı elektrik enerjisi bir neçə saniyəyə kəsilib.
Tribunainfo.az News.am-a istinadən xəbər verir ki, Paşinyan qaranlıqda əsəbləşərək ərazi nazirinə müraciət edib.
O, bildirib ki, “Mən sizinlə bu haqda danışdım, cənab Sanosyan, bu gün mən qərargahın rəhbəri ilə bu mövzuda danışdım. Ermənistanda biz elektrik enerjisinin keyfiyyəti ilə bağlı məsələ qaldırırıq və ardıcıl deyilik. Nə vaxta qədər eyni məsələ ilə bağlı daim göstəriş verə bilərsiniz? Bizdə elektrik enerjisi keyfiyyətsizdir, bu binada da iş kabinetlərində işıqlar yanır, işığın kəsilməsi təəccüblü deyil”.
Həmin görüntüləri təqdim edirik: