Ermənistanda son günlər baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bir xeyli fəallaşıb. Tribunainfo.az xəbər verir ki, o, mütəmadi olaraq iş adamları və təhsil nümayəndələri ilə görüşür.
Bu görüşlərdə əsas hədəf kimi, təhsili göstərən baş nazirin həyat yoldaşı, hətta 2025-ci ili “Ermənistanda Təhsil İli” kimi qeyd etməyi təklif edib.
Lakin erməni siyasi arenası Akopyanın bu qədər fəallaşmasını səbəbsiz hesab etmir. Erməni ekspert Ara Aloyan iddia edir ki, Paşinyanın hazırda iki hədəfi var. “Birincisi, Azərbaycanla sülh sazişi imzalamaq. Bu artıq reallaşmaq üzrədir. İkincisi isə arvadı Anna Akopyanı özündən sonrakı hakimiyyətə hazırlamaq”.