PAŞİNYAN HAKİMİYYƏTİNİ QORUMAQ ÜÇÜN… – MAMİCANYANbackend

PAŞİNYAN HAKİMİYYƏTİNİ QORUMAQ ÜÇÜN… – MAMİCANYAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş nazir Ermənistanda kadastr sənədlərinin olmaması ilə bağlı bəyanatı ilə qəsdən düşmən qonşu dövlətlərə gələcək işğalçılıq əməllərinə haqq qazandırmaq imkanı verib”.
Tribunainfo.az bildirir ki, bunu mayın 25-də jurnalistlərə müsahibəsində Ermənistan Respublika Partiyasının üzvü, müxalifətçi deputat Hayk Mamicanyan deyib.
O, əmin olduğunu bildirib ki, sülh müqaviləsi imzalandıqdan sonra Paşinyanın hakimiyyətini qoruyub saxlaması üçün təminat məsələsi danışıqlar masasındadır, o, bunun üçün dişləri ilə mübarizə aparacaq, hökumət başçısı bu danışıqları hadisələri təşkil edənlərlə aparır.
Onun sözlərinə görə, Alma-Ata Bəyannaməsinin Qarabağ münaqişəsinin həlli ilə heç bir əlaqəsi yoxdur, çünki sənəd imzalanan zaman “Dağlıq Qarabağ” artıq müstəqil “dövlət” olub. “Yalnız 2008-ci ildə Azərbaycan prezidenti bu bəyannamə haqqında danışmağa cəhd etdi. Bundan sonra nə ATƏT-in Minsk Qrupu, nə də başqaları bu bəyannaməni heç nəyə daxil etməyiblər”, – deyə deputat qeyd edib.
O, əmin edib ki, Ermənistanın imtina etdiyi KTMT yardım paketinə həm silah, həm də kontingentin yerləşdirilməsi daxildir. “Əgər bu sənəd bu qədər pis idisə, niyə KTMT ölkələrinin rəhbərləri səviyyəsində razılaşdırılıb? Əgər sənəd pisdirsə, Ermənistanın xarici işlər naziri Mirzoyan niyə indiyədək işdən çıxarılmayıb?”, – deyə Mamicanyan çaşqınlıq ifadə edib.