PAŞİNYAN GÜRCÜSTANA  GEDİR

PAŞİNYAN GÜRCÜSTANA GEDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkitərəfli danışıqların dar və geniş tərkibdə keçirilməsi planlaşdırılır.

Tribunainfo.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfər edəcək.

Bu barədə Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində Ermənistan və Gürcüstan baş nazirləri arasında təkbətək danışıqlar, eləcə də nümayəndə heyətlərinin geniş tərkibdə görüşü nəzərdə tutulub.

Xatırladaq ki, sonuncu dəfə Ermənistan və Gürcüstan hökumət başçıları Yerevanda görüşüblər.