Ermənistan günü sabah Azərbaycanla avtomobil yollarını açmağa hazırdır.
Tribunainfo.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib.
“Ermənistan günü sabah Azərbaycanla avtomobil nəqliyyatı əlaqələrini açmağa hazırdır”, – o deyib.
Baş nazirin sözlərinə görə, rəsmi İrəvan həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasını təmin etməyə hazırdır.