“İki variant var: birincisi, bütün sərhəd boyu demarkasiyanı həyata keçirmək və onun icrasına keçmək, ikincisi, sərhədi hissələrə bölmək və hissə-hissə demarkasiya ilə irəliləmək. Hər iki variant bizim üçün məqbuldur” Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan bu barədə bir müddət əvvəl hökumətin növbəti iclasında bildirib.
“Bizim təhlilimiz göstərir ki, bunun bir səbəbi ola bilər. Hərbi eskalasiyanı Ermənistana qarşı genişmiqyaslı müharibəyə çevirmək perspektivi ilə sərhədin bəzi hissələrində hərbi əməliyyatlara başlamaq.
ER hökumətinin siyasəti aktiv danışıqlar aparmaqla bu cür hadisələrin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək, eyni zamanda ER-nin bütün qanuni maraqlarını müdafiə etmək mövqeyində möhkəm dayanmaqdan ibarətdir. Həmin qanuni maraqlar ER-nin ərazi bütövlüyü və suverenliyinin qorunmasıdır”
Dəniz Pənahova