Paşinyan “Əsl Ermənistan” layihəsini açıqlayıb

Paşinyan “Əsl Ermənistan” layihəsini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan “Əsl Ermənistan” layihəsini açıqlayıb. Tribunainfo.az bildirir ki, o, bununla bağlı 14 bəndlik prinsiplərini açıqlayıb.

Qeyd edək ki, onların mütləq əksəriyyəti suverenlik, din, mədəniyyət, milli mətbəx və layiqli vətəndaş məsələlərinə aid olub. Yalnız 13-cü maddədə sülh və qonşularla əlaqələrdən bəhs olunur.

Paşinyan qeyd edib ki, sülh xarici münasibətlərin son məqsədidir. “O, iqtisadi, siyasi və mədəni əməkdaşlıqda ifadə olunan xarici münasibətlərin əsas məqsədi olaraq qalır. Çünki sülh və ya onun olmaması ilk növbədə yaxın qonşularla, daha sonra beynəlxalq səviyyədə, daha sonra isə uzunmüddətli mənada birgə yaşamaq bacarığı ilə ifadə olunur. Qonşularla əməliyyat mühiti təhlükəsizliyin təmin edilməsinin ən mühüm komponentləri, ölkənin regional və qlobal tədarük zəncirindəki yeri, həm də sülhün və dövlətçiliyin mühüm tərkib hissəsidir”.