PAŞİNYAN ERMƏNİSTANA YENİ BƏLA GƏTİRƏCƏK – RUSİYALI MÜTƏXƏSSİS

PAŞİNYAN ERMƏNİSTANA YENİ BƏLA GƏTİRƏCƏK – RUSİYALI MÜTƏXƏSSİS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı ekspert Modest Kolerov hesab edir ki, Nikol Paşinyanın mesajı onun səmimiyyət anı olub. Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, “Paşinyan KTMT-nin səmərəsiz olması barədə ədalətsiz danışır. Bəlkə sadəlövh, bəlkə də səmimi olaraq NATO-ya, yəni Türkiyəyə ümid bəsləyir. Digər hallarda isə NATO-nun effektivliyi İraq, Yuqoslaviya, Əfqanıstan, Liviya, Gürcüstanda müşahidə olunub. Başqa sözlə, ya biabırçılıq, ya da parçalamaq”, – deyən Kolerov Paşinyanın Ermənistana rüsvayçılıq və ya parçalamaq şəklində yeni fəlakət gətirəcəyinə dair fikirlərini bildirir.

Kolerov qeyd edib ki, onun ilk əlaməti Türkiyənin simasında NATO-nun Zəngəzur dəhlizi üzərində nəzarətinin təsdiqlənməsi olacaq və bu dəhliz vasitəsilə Türkiyə və Azərbaycan bir-birinə bağlanacaq”.