PAŞİNYAN ERMƏNİLƏRİN QARABAĞA QAYIDIŞI BARƏDƏ AÇIQLAMA VERDİ

PAŞİNYAN ERMƏNİLƏRİN QARABAĞA QAYIDIŞI BARƏDƏ AÇIQLAMA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağdan məcburi köçkünlərin öz evlərinə qayıtması məsələsi müxtəlif beynəlxalq platformalarda müzakirə olunur.

Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan çağırdığı mətbuat konfransında vətəndaşlara bildirib.

Paşinyanın sözlərinə görə, “Bu mövzunu müzakirə edərək və təhlil edərək başa düşürəm ki, bu qayıdış bu gün real deyil. Nəyə görə ki, sentyabrın 19-dan sonra Qarabağdan olan bacı və qardaşlarımızı Qarabağı tərk etməyə məcbur edən vəziyyət yaranıb. Ona görə də bu gün və bu şərtlər daxilində insanların qayıdışı real olsaydı, onlar oradan qətiyyən qayıtmazdılar”.

Paşinyan vurğulayıb ki, onların Ermənistan Respublikasında qalmaları üçün hər şeyi edəcəyik.