“İndependent” qəzetinin xahişi ilə Vazgen Manukyan qısa olaraq Nikol Paşinyanın mətbuat konfransına istinad edib.
Tribunainfo.az Hraparak nəşrinə istinadən həmin müsahibədən bir parçanı təqdim edir:
– Cənab Manukyan, Nikol Paşinyan dünən növbəti mətbuat konfransı keçirdi və bu konfransda Qarabağla bağlı bir sıra təhlükəli və səs-küylü bəyanatlar verdi. Bu bəyanatları necə şərh edəcəksiniz?
– Həmin bəyanatların siyasi və məzmunlu hissəsini şərh etməyi mənasız hesab edirəm. Mən ancaq bir şeyi deyə bilərəm: bizim ölkənin rəhbəri ərköyün və korlanmış adamdır.