Paşinyan Ərdoğana xahişə gedibmişbackend

Paşinyan Ərdoğana xahişə gedibmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan Ərdoğanın evinə (Nyu-Yorkda “Türkiyə evi” deyilən) gedib. O, Ərdoğandan Əliyevi üzərində “sülh” yazılmış kağızı imzalamağa razı salmasını istəməyə gedib”. Tribunainfo.az xəbər verir ki, bu sözlər deputat Artur Xaçatryana məxsudur.
Onun sözlərinə görə, Paşinyan Ərdoğanın evinə əliboş getməyib. “Xüsusən də xahişlə gedib. O, üzərində “sülhün kəsişməsi” sözləri yazılmış boş qovluq götürüb. İşarə aydındır. Əliyev o kağıza qol çəksə, Türkiyəyə dəhliz verəcək. Düşünürəm ki, siz başa düşürsünüz ki, bəlkə də Türkiyə o dəhlizə Azərbaycandan daha çox ehtiyac duyur”.
Xaçatryan hesab edir ki, Prezident İlham Əliyevin bir kağıza imza atması üçün Paşinyan dəhliz verməyə hazırdır. “Məqsədi sırf kreslosunu, qüdrətini, Nyu-Yorkda velosiped sürməyin həzzini saxlamaqdır”.