PAŞİNYAN ƏLİYEVLƏ GÖRÜŞƏ HAZIRLAŞIR: SÜLH SƏNƏDİ OLMAYACAQ…

PAŞİNYAN ƏLİYEVLƏ GÖRÜŞƏ HAZIRLAŞIR: SÜLH SƏNƏDİ OLMAYACAQ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan bildirib ki, Azərbaycanla sülh sazişinin mətni hələ hazır deyil.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün planlaşdırıldığını bildirib.

“Yaxın vaxtlarda Avropa Şurası prezidentinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti ilə görüşüm planlaşdırılır”, – Paşinyan hökumətin iclasında deyib.

Azərbaycanla sülh müqaviləsinin mətninin imzalanmağa hazır olmadığını qeyd edən hökumət başçısı müsbət irəliləyişlərin olacağına ümid etdiyini bildirib.

O, həmçinin əlavə edib ki, sülh gündəliyinin alternativi yoxdur, Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Bakı-Xankəndi dialoqunun beynəlxalq mexanizmləri vasitəsilə tənzimlənməli, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır.