Paşinyan Əliyevlə əməkdaşlıq edir – Müxalif deputat

Paşinyan Əliyevlə əməkdaşlıq edir – Müxalif deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əliyevin dəfələrlə barışmasından sonra Nikol Paşinyan onun əmrinə tabe olub və Ermənistan adından Minsk qrupunun buraxılması təklifini bəyan edib”.

Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artur Xaçatryan deyib.
Onun sözlərinə görə, əvvəlki 4 ilin təcrübəsi göstərir ki, istənilən güzəşt yeni, daha böyük güzəşt tələbinə və onun yerinə yetirilməsinə gətirib çıxarır. “Aydındır ki, Əliyev, məsələn, Daşnaksütyunu faşist strukturu adlandıracaq, onun ləğvini tələb edəcək, Paşinyan tələbini yerinə yetirəcək və hər ikisi qane olacaq, sevinəcək. Əliyev Qarabağ müharibəsi iştirakçılarının ekstradisiyasını tələb edəcək, Paşinyan bunu edəcək. Onlar bu məsələdə əməkdaşlıq edirlər”.