“Paşinyan Əliyevin İrəvana səfəri üçün hər şeyi etməyə hazırdır”

“Paşinyan Əliyevin İrəvana səfəri üçün hər şeyi etməyə hazırdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Ermənistan tərəfi gələn ilin yazında İrəvanda keçiriləcək Avropa Siyasi Şurasının Sammitinə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəvət edib.

Tribunainfo.az xəbər verir ki, bu məsələ hazırda Ermənistanda geniş müzakirə mövzusuna çevrilirb.
Çoxtirajlı “Past” qəzeti bununla bağlı yazır ki, əgər Əliyev və Ərdoğan gələn il Avropa Siyasi Şurasının İrəvanda keçirilən sammitinə qatılsalar, bu Paşinyan üçün çox böyük uğur olacaq. “O, bununla həm seçkiöncəsi sülh təbliğatını gücləndirəcək, həm də beynəlxalq aləmə sülhə tam hazır olduğunu bəyan edəcək”.
“Tert” saytı isə yazır ki, Paşinyan Əliyev və Ərdoğanın İrəvana gəlməsi üçün lazım olan hər şeyi etməyə hazırdır. “Ermənistan hökuməti bütün təhlükəsizlik tədbirləri də daxil olmaqla, hər şeyi etməyə hazırdır. Bu, Paşinyan üçün hava və su kimi vacib məsələdir. Çünki Ermənistanın baş naziri hesab edir ki, hər iki ölkənin Prezidenti İrəvana səfər edərsə, həm münasibətlər yeni mərhələyə keçəcək, həm müharibə riski olmayacaq, həm də seçkiöncəsi Paşinyanın işlərinin rəvan getməsinə səbəb olacaq”.

Fərda Uğur