“Paşinyan Əliyevin göstərişi ilə Süniki boşaldır”

“Paşinyan Əliyevin göstərişi ilə Süniki boşaldır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Politoloq Vardan Balyan yerli mediaya açıqlamasında deyib ki, Ermənistanın Sünik vilayətində 2020-ci ildən sonra əhalinin sayı sürətlə azalmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, o, 44 günlük müharibədən sonra ermənilərin bölgəni sürətlə tərk etməsinin məqsədli olduğunu iddia edib.

 


Balyan bildirib ki, Sünikdə hazırda onlarla kənd boşalıb. “Bunun səbəbi razılaşdırılmış oyundur. Ermənistan hakimiyyəti türklərlə dostluğun bədəlini ödəməlidir. Bu isə Sünikdə erməni əhalisinin azalmasıdır. Daha doğrusu, məqsədli şəkildə ermənilərin sayını azaldırlar. Azərbaycan birmənalı və açıq şəkildə tələb edir ki, ermənilər Zəngəzuru boşaltmalıdırlar. İrəvan da onların dediyini həyata keçirir”.