Paşinyan eks-prezidentləri divara dirəyib

Paşinyan eks-prezidentləri divara dirəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı açıqlamaları davam edir. Tribunainfo.az xəbər verir ki, iki gün öncə o, 1994-cü ildən indiyə qədər danışıqların yalnız Qarabağın Azərbaycana qaytarılması üzərində qurulduğunu bildirmişdi.

Dünən isə erməni baş naziri Nikol Paşinyan bəyan edib ki, danışıqların yalnız bir nəticəsi ola bilərdi. “Bu nəticədə ondan ibarət idi ki, Qarabağa Azərbaycana faktiki qaytarılmalıydı”.

Bu əsnada, Paşinyan Ermənistanın üç sabiq prezidentini debata çağırıb. Lakin hər çün eks-prezidentlər görüşdən imtina ediblər. Görüşdən imtina ilə bağlı ən gülməli arqumenti isə Serj Sarkisyan gətirib. O deyib ki, əgər Paşinyanla aralarında debat olarsa, bu debatda ATƏT-in Minsk Qrupunə üzv olan dövlətlərin başçıları da dəvət olunmalıdır. Sarkisyan bunu onunla “əsaslandırıb” ki, guya, Qarabağ danışıqları ilə həmin ölkələrin başçılarının daha çox məlumatı var.

Robert Koçaryan isə “Paşinyanın Facebookdakı mənasız açıqlamalarını oxumuram” deməklə debatdan boyun qaçırıb. Onun oğlu, deputat levon Koçaryan isə deyib ki, Paşinyanın Qarbağ danışıqları ilə bağlı dediklərinin heç bir əsası yoxdur.