Rusiyalı analitik, Yaxın Şərq məsələləri üzrə ekspert Stanislav Tarasov hesab edir ki, Paşinyanın haqqında danışdığı “Sülh yollarının kəsişməsi” layihəsinin Sünikdən keçən dəhliz kimi, artıq aktuallığı yoxdur.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, Tarasovun sözlərinə görə, “Dəhliz Paşinyanın məğlub etdiyi ideyadır. Nəzəri olaraq o məsələdə Türkiyə, Rusiya və İran iştirak etməli idi, amma indi o dəhliz də heç kimə lazım deyil. İndi Paşinyan dəhliz ideyasını satmağa çalışır, amma heç kim onu almır. Əvvəllər də ona təklif edəndə özünü bahalaşdırırdı”.
Tarasov qeyd edib ki, Türkiyə bundan sonra Zəngəzur dəhlizi ideyasında israr etməyəcək, Azərbaycan İran ərazisindən keçməklə Naxçıvanla birləşəcək. İran sazişi təxminən 1 il əvvəl, 22 sentyabr 2022-ci ildə imzalayıb. Moskva və Tehran yaxın vaxtlarda 160 km uzunluğunda yeni nəqliyyat dəhlizinin, Xəzər dənizi boyunca uzanan və Azərbaycanla sərhədə çatan dəmir yolunun tikintisini başa çatdıracaqlar.
“Yəni, sizcə, Türkiyə və Azərbaycanın Sünik yoluna ehtiyacı yoxdur? Bir yol ola bilər, potensial olaraq o layihədən əl çəkməyiblər, ola bilsin ki, bu ideyaya qayıdacaqlar, amma indi yox. Türkiyə normal razılaşmanı, Zəngəzur dəhlizinin yaradılmasını təklif etdi, amma əvvəldən ermənilər, daha sonra İran Azərbaycanın təcavüzə hazırlaşdığını yaydılar. Azərbaycan da hiss etdi ki, barıt iyi gəlir və indi o fikirdən imtina edərək deyir ki, Naxçıvana İran ərazisindən keçə bilərik. Fərq 5-6 km-dir. Üstəlik, o dəhliz İranın nəzarətində olacaq və İran da narahat olmayacaq. Beləliklə, əgər fransızlar və ya amerikalılar sizə kömək etmək istəyirlərsə, qoy sizə kömək etsinlər. Deməli, Ermənistan özünü yerləşdirdiyi yerdə, yumşaq desək, elə dərin çuxurdadır”.