Paşinyan COP29 ərəfəsində artistlik edir – Analitikbackend

Paşinyan COP29 ərəfəsində artistlik edir – Analitik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni baş nazir sülh müqaviləsini imzalamağa guya tələsir. Əslində, Qərbə özünü sülhpərvər kimi sırıyır. Bu, düşmən hiyləsidir. Paşinyanın piarı Azərbaycanın sülh istəmədiyi haqda saxta təsəvvür yaratmaqdır”.

Bu sözləri Tribunainfo.az-a siyasi ekspert Ramiyə Məmmədova Paşinyanın COP29-a qədər sülh sənədi imzalamağa çağırış etməsi haqda deyib. Ekspertin fikrincə, Ermənistan məğlub tərəfdir, diqtə edə bilməz və Konstitusiyaya düzəliş etməsə, sülh mümkün deyil: “Sabah Paşinyan getdi, yeni hökumət gəldi, necə olacaq? Yeni hakimiyyət Konstitusiyaya istinad edərək bildirəcək ki, Qarabağ Ermənistana birləşdirilməlidir. Bu ərazi iddiası qanunvericilik sənədlərində qalıbsa, sülh sənədi Ermənistan Azərbaycan yox, Bakı-Paşinyan arasında saziş olacaq. Azərbaycan dövləti isə belə yarımçıq sülh müqaviləsi istəmir”.
Analitik hesab edir ki, Paşinyan COP29 ərəfəsində artistlik edir, dünyaya özünü göstərir.

Roman