Ermənistan Baş naziri Nikol Paşinyan COP29-da iştirakı barədə hələ qərar verməyib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısı avqustun 31-də onlayn mətbuat konfransında bildirib.
Paşinyanın sözlərinə görə, onun noyabr ayında Bakıda keçiriləcək COP29 konfransında iştirakına dair qərar o vaxtkı vəziyyətdən asılı olacaq.