Paşinyan çərənlədi – 44 günlük müharibədə hansı KTMT ölkəsi bizə dəstək olub?backend

Paşinyan çərənlədi – 44 günlük müharibədə hansı KTMT ölkəsi bizə dəstək olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan ötən gün KTMT-yə üzv iki ölkəni Azərbaycana yardımda ittiham edib: “2020-ci ildə müttəfiqlərimiz bizim tərəfimizdə deyil, müharibəyə hazırlıqda iştirak etdilər. Mən KTMT-nin iki ölkəsini tanıyıram ki, bizə qarşı müharibəyə hazırlıqda iştirak edib”.

Paşinyan həmin ölkələrin adını çəkməyib. Tribunainfo.az yazır ki, Azərbaycana 44 günlük müharibədə KTMT üzvü olan heç bir dövlət dəstək verməyib. Amma üzv ölkələrin Azərbaycana dost münasibəti var. Blokda Ermənistan istisna, elə ölkə yoxdur ki, bizimlə əməkdaşlıq etməsin. Görünür ki, ad çəkmədən Rusiya və Belarusa eyham vurub. Hərçənd bu da böhtandır və onların siyasi-hərbi yardımı olmayıb. Sadəcə, Rusiya aktiv şəkildə müharibəyə müdaxilə etməyib. Paşinyan və erməni xalqı hesab edir ki, onların yerinə 44 gün rus əsgəri döyüşməli imiş. Hələ də 90-cı illərin havasında qalıblar. Üstəlik, Bərdənin “Smerç” raketləri ilə vurulması, Şuşada “İsgəndər – M” raketlərinin qalıqlarının aşkarlanması sübut edir ki, Rusiya Ermənistana öldürücü, satışı və istifadəsi qadağan olunan silahlar verib. Yəni müharibədə bizə yox, Ermənistana KTMT dövləti dəstək olub. Dövlət Dumasının deputatı, ermənipərəstliyi ilə seçilən Konstantin Zatulin isə bu ittihamlarına görə Paşinyanı əclaf adlandırıb. Onun fikrincə, erməni baş nazir ölkəsində anti-rus əhvalını gücləndirir. Elə bu çıxışı da məhz ona hesablanıb.

Roman