“Azərbaycana göndərdiyimiz təklifləri açıqlaya bilmərik”.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, İrəvan Azərbaycanın cavabını aldıqdan sonra daha ətraflı təhlil aparılacaq. “Bu, iki səbəbə görə baş verə bilər: Azərbaycan razıdır və bu, açıqlanmalıdır. İkincisi, Azərbaycan razı deyil və bu, bizə bunu ictimailəşdirməyə mənəvi haqq verəcək”.
Paşinyan Bakıda mühakimə olunan erməni terrorçularının məsələsinə də toxunub. O deyib ki, onlar məsələni davamlı olaraq qalıdırırlar. “Bizim dünyanı daha yaxından tanımaq problemimiz var. Bizə elə gəlir ki, bütün səfirləri dəvət etsək, məsələ həll olunacaq. Xeyr, bu doğru deyil”.