Paşinyan bu ərazini qaytardı, Azərbaycan üçün yol açıldıbackend

Paşinyan bu ərazini qaytardı, Azərbaycan üçün yol açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan Kirantsı verməklə Azərbaycan üçün Vanadzora qədər yolu açdı”. Tribunainfo.az xəbər verir ki, bu sözləri ekspert Karen Vrtanesyan deyib.
O bildirib ki, Qazax istiqamətində aparılan demarkasiya prosesi Ermənistan üçün bu gün deyil, gələcəkdə, ciddi problemlər yaradacaq. “Bizim Gürcüstana çıxış yolumuz Azərbaycanın nəzarətində olacaq. Alternativ yol isə bu riskdən yayına bilməyəcək”.


Vrtanesyan Ermənistan ordusu barədə danışarəkən ciddi şişirtməyə də yol verib. O iddia edib ki, guya, noyabrın 10-da, yəni Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşma əldə olunan gün də, Ermənistan ordusu xeyli güclü olub. “Elə bu gün də ordu güclüdür. Lakin bu gün ordunu məhv edirlər. Hətta Azərbaycan bu məğlub ordudan ehtiyatlanır”.