Oktyabr ayı ərzində Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır.
Tribunainfo.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Moskvada keçirilən toplantısında deyib.
O, bu qərarın ölkəsinin rəsmi mövqeyi olduğunu da sözlərinə əlavə edib.